Yuxarı

Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - Adlar

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində Ramiz Mehdiyevin yerinə iki nəfər seçilib.

Axar.az xəbər verir ki, YAP-ın Mətbuat xidmətindən Modern.az-a Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adlarının daxil edildiyi bildirilib.

Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş "91-lər"dəndir.

Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.

18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.

Xatırladaq ki, dünən - oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Şuranın sədri Arif Rəhimzadə, sədr müavinləri isə Sədaqət Qəhrəmanova və Əli Həsənov olub.

Tarix
2026.10.17 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla