Yuxarı

Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir.

Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təklif reallaşdırıla bilərmi?

Axar.az xəbər verir ki, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli Globalinfo.az-a açıqlamasında bu təklifin həm də milli təhsil sistemində keyfiyyət, bərabərlik prinsiplərinin təmin olunması baxımından strateji və əsaslı addım olduğunu deyib:

“Məktəbəqədər hazırlığın könüllü olması birinci sinfə başlayan uşaqlar arasında idrak, sosial, emosional və ibtidai akademik bacarıqlar baxımından ciddi fərqlər yaradır. Bu isə sonrakı tədris prosesində müəllimlər üçün əlavə çətinliklərə, şagirdlər arasında bilik və adaptasiya fərqlərinin yaranmasına səbəb olur. Erkən yaş dövrü uşağın psixoloji və əqli inkişafının ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə sistemli təhsil mühitindən kənarda qalan uşaqlar məktəbə uyğunlaşma, ibtidai oxu və yazı, eləcə də məntiqi düşüncə bacarıqlarının mənimsənilməsi baxımından həmyaşıdlarından geri qala bilirlər”.

Ekspert qeyd edib ki, dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri hər bir vətəndaş üçün bərabər başlanğıc imkanlarının yaradılmasıdır:

“Bu baxımdan məktəbəqədər hazırlığın məcburi olması təhsildə imkan bərabərliyinin təmin edilməsinə, sosial fərqlərdən asılı olmayaraq bütün uşaqların birinci sinfə eyni baza bilikləri və psixoloji hazırlıqla başlamasına şərait yaradacaq. Təklifin tam və effektiv həyata keçirilməsi üçün müvafiq dövlət qurumları məktəbəqədər təhsil müəssisələrinin infrastruktur imkanlarını genişləndirməli, kadr potensialını gücləndirməli və vahid tədris standartlarının tətbiqini başa çatdırmalıdır. Məktəbəqədər hazırlığın məcburi xarakter alması gələcəkdə daha savadlı, rəqabətədavamlı və bərabər imkanlara malik gənc nəslin yetişdirilməsi istiqamətində təhsil sisteminin atacağı mühüm addımlardan biri olacaq”.

Tarix
2026.10.17 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla