Yuxarı

Mehdiyevin "Şərəf"i, "Şöhrət"i... - Hamısı geri alınacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin "Şərəf"i, "Şöhrət"i... - Hamısı geri alınacaq?

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev partiya sıralarından xaric edilib və Veteranlar Şurasının tərkibindən çıxarılıb.

Axar.az Yenisabah.az-a istinadla YAP-ın dünən baş tutan iclasında həmçinin Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edilib.

Siyasi fəaliyyətə Sovet dövründə başlayan Ramiz Mehdiyev uzun illər Azərbaycan Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrini icra edib.

Dövlət qulluğunda və elmi fəaliyyətindəki xidmətlərinə görə Ramiz Mehdiyev müxtəlif dövrlərdə ölkənin ən ali dövlət mükafatlarına layiq görülüb.

O, 2008-ci ildə "İstiqlal", 2013-cü ildə "Şərəf", 2018-ci ildə "Şöhrət" və 2019-cu ildə "Heydər Əliyev" ordenləri ilə təltif edilib.

Bununla yanaşı, o, Sovet dövründə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və "Şərəf Nişanı" ordeninə layiq görülüb.

Beynəlxalq səviyyədə isə Rusiya Federasiyası tərəfindən "Dostluq" (2008) və "Şərəf" (2018) ordenləri ilə mükafatlandırılıb.

R.Mehdiyev son olaraq, 2021-ci ildə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü.

2025-ci ilin oktyabr ayında o, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa yönələn əməllər) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, dövlət təltiflərindən - orden, medal və fəxri adlardan məhrumedilmə xüsusi hüquqi prosedur və strict tənzimləmə çərçivəsində həyata keçirilir. Konstitusiyaya və "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna uyğun olaraq, dövlət mükafatlarını təsis etmək, təqdim etmək və ya onları ləğv etmək müstəsna olaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə daxildir.

Tarix
2026.10.17 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla