Yuxarı

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini müsbət qiymətləndirirəm. Kaş ki, bu zəng məlum hadisədən dərhal sonra edilərdi.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, bütün hallarda Pezeşkianın telefon zəngi zamanı Əliyevin İranın ali rəhbəri Əli Xameneinin həlak olması ilə əlaqədar Tehranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi və ölkəsinə humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirməsi əhəmiyyətlidir:

“Məsud Pezeşkianın Naxçıvanın dron atəşinə tutulması məsələsinin araşdırılacağını vurğulaması da vacibdir. Düzdür, İran prezidenti yenə əvvəlki fikrini təkrarlayaraq, insidentin Tehranla əlaqəsi olmadığını iddia edib, önəmli olan onun bu məsələni araşdıracağını vəd etməsidir.

İlham Əliyevin də İranda baş verən son hadisələrdə çoxlu sayda mülki insanın həlak olması ilə bağlı bir daha başsağlığı verməsi ölkəmizin qonşuda müharibənin əleyhinə olduğunun göstəricisidir. Azərbaycan heç bir qonşu ölkə ilə gərginlik istəmir, əksinə, ortaq layihələr və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Təsadüfi deyil ki, telefon söhbətindən dərhal sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub”.

Elxan Şahinoğlunun fikrincə, önəmli olan İrandakı bütün qüvvələrin Məsud Pezeşkianın Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çalışmasına əngəl olmamalarıdır:

“Təəssüf ki, həmin qüvvələr prezidentə tabe deyillər. Ancaq anlamalıdırlar ki, ölkəmiz əleyhinə təxribatlarını davam etdirsələr, həm prezidentlərini pis vəziyyətdə qoyacaqlar, həm də Azərbaycanla bütün körpüləri yandıracaqlar. Bunun hansı mənfi nəticələrə gətirəcəyini anlamaları lazımdır”.

Tarix
2026.03.09 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

Almaniya Azərbaycana təşəkkür etdi

Azərbaycana hücum etməmişik – Bəqai

İranla müharibə “daşa dirəndi” - Tramp çarəsizdir?..

İrandan təxliyə edilən şəxslərin sayı...

Neft 110 dolları ötdü: Azərbaycana təsiri...

Ermənistana 488 ton taxıl yola salındı

Nazirlər Kabineti İranla bağlı bu qadağanı ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla