Yuxarı

Mehdiyevi göylərə qaldıran məqalə yenidən gündəmdə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevi göylərə qaldıran məqalə yenidən gündəmdə...

6 il bundan öncə “Ayna” qəzetində dərc edilən “Kəbəsi Azərbaycan, qibləsi Ulu Öndər ucalığı” başlığı ilə yayılan məqalə yenidən gündəmə gəlib.

Kult.az xəbər verir ki, məqalədə Ramiz Mehdiyevin şəninə mədhiyyələr yağdırılır, həmin vaxt AMEA-nın rəhbəri olan akademik tarixi şəxsiyyətlərlə müqayisə edilir.

Məqalədə Ramiz Mehdiyevin müqayisə olunduğu şəxslər bunlardır: Mirzə Kazım bəy, Salari hökmdarı Mərziban İbn Məhəmməd, Moğol hökmdarı Çingiz Xan, Fateh Mehmet, Ağqoyunlu Uzun Həsən, Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Hüseyn Bayqara, Alp Arslan və oğlu Məlikşah, Nizamülmülk, Xoca Nəsrəddin Tusi, İsa Məsih, Həllac Mənsur, Şeyx Cəmaləddin Əfqani, Tonyukuk, Seyid İmadəddin Nəsimi Şirvani, I Şeyx İbrahim, Şah Təhmasib, Şeyx Mənsur, Mövlana Barik, Şeyx Bədrəddin Bin Şeyx Şəmsəddin, Şeyx Məhəmməd İbn Barik, Atatürk və s.

Bu məqalə dərc edilərkən Ramiz Mehdiyev artıq Rusiya nümayəndələrini AMEA-da “qəbul etməyə” başlamışdı və bu da dövlətin müəyyən strukturlarında narazılıqla müşayiət edilirdi. Hətta buna etiraz edənlərin sayı da çoxalmışdı və hakim komandanın bu narazılığı media səhifələrinə də sıçrayırdı. Məsələn, R.Mehdiyev 23 oktyabr 2019-cu ildə PA rəhbəri vəzifəsindən azad edilir, eyni gündə AMEA prezidenti seçilir və cəmi 5 gün sonra ilk xarici qonağını qəbul edir və bu xarici qonaq Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Taliya Xabriyeva olur. Xabriyeva REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin Mehdiyevi yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik məktubunu şəxsən təqdim edir. Ramiz Mehdiyev həmçinin Moskvaya səfərə də rəsmən dəvət olunur.

Və yaxud: 7 fevral 2020-ci ildə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy Ramiz Mehdiyev tərəfindən məhz AMEA-da “qəbul edilir” və s.

Ramiz Mehidyevin AMEA prezidenti vəzifəsinə adlamasından dərhal sonra Rusiya ilə əlaqələri ən yüksək səviyyədə saxladığı və bunu nümayiş etdirdiyi göz önündədir. Eyni zamanda, Ramiz Mehdiyevin məhz həmin ərəfədə artıq hakimiyyətin ələ keçirilməsi barədə düşündüyünü iddia etmək də mümkündür. Belə ki, bu istiqamətdə təbliğata başlayır və ən heyrətamiz cəhəti də odur ki, R.Mehdiyevi “ən yüksəyə” qaldıran məqalə müstəqil media qurumu sayılan nəşrdə dərc edilir.

1. Hökumətyönlü media qurumları bu məqalənin dərcindən imtina etmişdimi?

2. Yoxsa ümumiyyətlə hökumətyönlü nəşrlərə bu məqalə təqdim edilməmişdi?

Əgər hökumətyönlü nəşrlər imtina etmişdisə, onda bu məqalənin israrla dərc etdirilməsi maraqlıdır: Ramiz Mehdiyev haqda bu “obraz” niyə yaradılırdı?

Yox, hökumətyönlü nəşrə təqdim edilməmişdisə, onda niyə edilməməsi maraq doğurur. Ramiz Mehdiyevin təbliğat kampaniyası niyə “Ayna”dan vüsət götürməlidir?

Qeyd: “Ayna” qəzetinin rəhbəri Elçin Şıxlı məqaləni oxumadan dərcinə müəllifə inandığı üçün qərar verdiyini bildirərək, əhatəli açıqlama-təhlillə çıxış etmişdi.

Tarix
2026.02.23 / 14:24
Müəllif
Kult.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla