Yuxarı

Bülletenlərin DSK-lara paylanılmasına başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülletenlərin DSK-lara paylanılmasına başlandı

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlayıb.

MSK Katibliyinin Media və İctimai Əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, MSK üzvləri, katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.

Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.

Milli Məclisin Mətbəəsində baş tutan tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə də ətraflı məlumat verilib, şəffaflığın təmin edilməsi üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonar yanvarın 27-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) ədəd seçki bülleteni çap olunub.

Bülletenlər Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Tarix
2020.02.02 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla