Yuxarı

Qalan 7 dairə üzrə də lider namizədlər müəyyənləşdi - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalan 7 dairə üzrə də lider namizədlər müəyyənləşdi - Siyahı

08:44

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün baş tutan parlament seçkilərinin ilkin nəticələrini açıqlalarkən, 118 dairənin liderlərinin adını çəkib.

Axar.az xəbər verir ki, MSK ümumilikdə seçki bülletenlərinin 87 faizinin sayıldığını bildirsə də, hələlik 7 dairənin nəticələrinin hazır olmadığını elan etdi.

Bundan öncə Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələrinə görə isə həmin dairənin liderləri bunlar idi:

1. 17 saylı Yasamal üçüncü seçki dairəsi – Elnur Allahverdiyev (61,1%)

2. 35 saylı Xətai üçüncü seçki dairəsi – Rauf Arifoğlu (45,1%)

3. 42 saylı Sumqayıt ikinci seçki dairəsi – Tahir Mirkişili (52,3%)

4. 44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Müşfiq Məmmədli (50,9%)

5. 77 saylı Astara seçki dairəsi – Rəşad Mahmudov (65,5%)

6. 123 saylı Kəlbəcər seçki dairəsi – Aqil Məmmədov (62,3%)

7. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (51%).

***

Milli Məclisə seçkilərlə əlaqədar nəticələri açıqlanmayan 7 seçki dairəsindəki qaliblər elan edilib.

Mərkəzi Seçki Komissiyası artıq səslərin təxminən 100 faizinin sayıldığı, bütün seçki dairələrinin nəticələrinin bəlli olduğu haqda rəsmi saytında məlumat yerləşdirib.

Son məlumatda sözügedən 7 dairənin qalibləri aşağıdakılardır:

1. 17 saylı Yasamal üçüncü seçki dairəsi – Elnur Allahverdiyev (YAP) - 41%

2. 35 saylı Xətai üçüncü seçki dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2%

3. 42 saylı Sumqayıt ikinci seçki dairəsi - Tahir Mirkişili (YAP) – 50,1%

4. 44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Müşfiq Məmmədli (YAP) – 45,8%

5. 77 saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov (YAP) – 57,6%

6. 123 saylı Kəlbəcər seçki dairəsi - Aqil Məmmədov (YAP) – 71,7%

7.125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov (YAP) – 40,3%.

Tam siyahı BURADA.

Tarix
2020.02.10 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla