Yuxarı

14 yaşlı uşağı kim öldürüb? - Əmisi danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
14 yaşlı uşağı kim öldürüb? - Əmisi danışdı

Cəbrayılın vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında bu gün meyiti tapılan 14 yaşlı Cəbrayıl Məmmədlinin əmisi Rahim Məmmədov deyib. O bildirib ki, hadisə ilə bağlı kiminsə şübhəli şəxs qismində tutulması da həqiqətə uyğun deyil:

“Ailə üzvləri olduqca sakit və tərbiyəli adamlardır. Onların kənddə kiminləsə işi olmayıb ki, kimdənsə şübhələnək. Uşaq dünən təkbaşına velosipedi ilə arxa su ardınca gedib. Həmin gün nə qədər axtarsaq da, tapa bilmədik. Yalnız velosipedi getdiyi ərazidə idi. Meyit bu gün 12:00-da tapılıb”.

R.Məmmədov deyib ki, meyitin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər yalandır:

“Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Kiminsə öldürməsi, yaxud yıxılaraq ölməsi ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Hazırda meyit ailəsinə təhvil verilib. Amma ekspertiza rəyi açıqlanmayıb”.

Qeyd edək ki, 14 yaşlı Cəbrayılın əvvəlcə ayı hücumuna məruz qaldığı bildirilsə də, daha sonra öldürülərək çaya atıldığı barədə iddialar yayılıb.

Tarix
2020.05.22 / 15:42
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla