Yuxarı

Yalnız həftəsonu qadağa kifayət deyil - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Epidemoloji statistik göstəricilər qətiyyən qaneedici deyil.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bu həftədən etibarən bayram günləri də daxil olmaqla, həftə sonları 2-3 günlük küçəyə çıxma qadağası tətbiq oluna bilər:

"Bu qərarlar qəbul olunan zaman epidemoloji göstəricilər, mütəxəssislərin birgə rəyi nəzərə alınıb. Bu qadağadan dünya təcrübəsində də istifadə olunur. Belə qənaətə gəlinib ki, yalnız həftə sonları küçəyə çıxma qadağasının tətbiqi kifayət deyil" .

R.bayramlı qeyd edib ki, belə qapanmalardan sonra vətəndaşlar daha çox qaydaları pozmağa meyilli olur:

"Yumşalma tədbirlərinin həyata keçirilməsində epidemoloji göstəricilər nəzərə alınırdı. Baxmayaraq ki, Operativ Qərargahın tibb bölməsi tərəfindən metodiki göstərişlər hazırlanıb, bu metodiki tövsiyələr ictimaiyyətə çatdırılıb, KİV vasitəsilə ictimai xadimlərimiz insanlara müraciət edib, amma vətəndaşlar yenə də bu tövsiyələrə əməl etməyib".

R.Bayramlının sözlərinə görə, hazırda yaşanan hal ikinci dalğa deyil:

"Biz pandemiyanın başlama mərhələsindəyik. Bir qədər artım gözləyirdik, lakin statistik göstəricilər gözləmədiyimiz istiqamətdə oldu. Bu səbəblə həftə sonu tam qapanma olacaq. İnsanların zəruri ehtiyaclarını qarşılaması üçün iki gün vaxt var.

Eyni zamanda, dövlət qurumlarında cümə günü saat 14:00-dan sonra iş dayansa da, bunu tətil kimi başa düşməsinlər. Bu qayda özəl qurumlara şamil edilməsə də, onlara da tövsiyə edirik ki, iş saatını bitirmək məsələsinə baxsınlar".

Tarix
2020.06.04 / 17:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla