Yuxarı

Palata nöqsanlar aşkarladı, Komitə hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata nöqsanlar aşkarladı, Komitə hərəkətə keçdi

Hesablama Palatası iyunun 8-də özünün rəsmi internet səhifəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticələri barədə məlumat yerləşdirib. Audit nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması məqsədi ilə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Dövlət Komitəsinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bir sıra məsələlər auditin aparıldığı müddətdə öz həllini tapıb.

"Hesablama Palatasının məlumatında qeyd edilən məbləğdə vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub. Həmçinin vahid aylıq müavinət alan şəxslərin siyahılarının dəqiqləşdirilməsi üçün həmin siyahıları tərtib edən müvafiq yerli icra hakimiyyəti orqanlarına məktub göndərilib.

Qeyd edək ki, Dövlət Komitəsində vahid elektron informasiya bazasının yaradılması və onun işinin təkmilləşdirilməsi məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına imkan verir.

Dövlət Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Hesablama Palatasının müəyyən etdiyi nöqsanların tam aradan qaldırılması üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir", - Dövlət Komitəsindən bildirilib.

Tarix
2020.07.10 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla