Yuxarı

Taksi qiymətlərində kəskin artım: səbəb nədir? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi qiymətlərində kəskin artım: səbəb nədir? - Ekspert

Pandemiya müddətində ölkədə fəaliyyət göstərən taksilərin qiymətlərində artım müşahidə edilib.

Bunu Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu, taksilərin və sərnişinlərin sayının azalması ilə bağlıdır:

“Pandemiya müddətində əksər taksi sürücüləri fərqlənmə nişanı olmadığı üçün işə çıxa bilmədilər. Bu səbəbdən fəaliyyət göstərən taksilərin sayı xeyli azaldı. Eyni zamanda müştərilərin də sayında azalma müşahidə edildi. Buna görə də həm sürücülər, həm də taksi şirkətləri qazancı itki ilə balanslaşdırmaq üçün avtomatik olaraq qiymətləri qaldırdı”.

Ekspert onu da qeyd edib ki, taksi qiymətlərində ən çox artım mart, aprel və may aylarında olub:

“Taksilərdə qeyd etdiyim səbəbdən xüsusən də mart, aprel və may aylarında daha çox qiymət artımı müşahidə edildi. Bir müddət sonra isə digər taksi sürücüləri də aidiyyəti qurumların yaratdığı rahat şəraitdən istifadə edərək fərqlənmə nişanı əldə edə bildilər. Buna baxmayaraq, yenə də rayonlararası və paytaxtda taksi sürücüləri vəziyyətdən istifadə etməyə davam edirlər. Həddindən artıq baha qiymətə sərnişin daşıyırlar. Əvvəllər məsafədən asılı olaraq dəyişən qiymətlərin bu gün müəyyən qədər artmasının şahidi oluruq. Pandemiyadan əvvəl bəzi rayonlara 10 manata sərnişin daşıyan taksilər bu gün 25-30 manata, bəzən də insafsızlıq edərək 50-100 manata bu xidməti göstərir. Paytaxtda da bu cür hallar baş verir. Əvvəllər 5 manata gedilən yol üçün bu gün 6-6.5 manat tələb edirlər”.

Tarix
2020.07.22 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla