Yuxarı

Ermənistan Azərbaycanda ölən vətəndaşına sahib çıxmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Azərbaycanda ölən vətəndaşına sahib çıxmadı

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası açıqlama yayıb.

Axar.az açıqlamanın mətnini təqdim edir:

“Məlumat verildiyi kimi, Hadrut qəsəbəsində ermənilərin köməksiz buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkar olunan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir.

Ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilmiş, onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinmiş və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunmuşdur. Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərmiş və M.Melkumyanın nəşini qəbul edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina etmişdir.

M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək üçün yalan kampaniyasının tərkib hissəsidir”.

Tarix
2020.10.30 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla