Yuxarı

Xankəndidə evlər satılır: onları almaq mümkün deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə evlər satılır: onları almaq mümkün deyil

Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra ermənilər Xankəndidəki evlərini satışa çıxarıblar. Belə ki, ermənilər daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “List.am”da mənzillərin satışı ilə bağlı çoxsaylı elan yerləşdiriblər. Maraqlıdır, bu evləri kimlər və necə ala bilər?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib ki, söhbət tanınmamış “dqr”in verdiyi “kupça”lardan gedirsə, heç bir alğı-satqı əməliyyatı həyata keçirilə bilməz:

“Çünki sözügedən qurumun müstəqilliyini Ermənistan özü belə tanımır. Bu mənada “dqr”in tanınmayan qanunları da, bu qanunlarla verilən mənzillərin sənədləri də heç yerdə qəbul edilmir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, keçmiş Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Bu o deməkdir ki, Azərbaycan hökuməti orada bərqərar olunandan sonra həmin sənədlər etibarsız sayılacaq. Azərbaycan həmin ərazidə bu gün həyata keçirilən bütün mənzil alğı-satqıları ilə bağlı əsaslı tədbirlər görəcək. Bu mənada Xankəndi ərazisində keçmiş “dqr”in verdiyi sənədlərlə həyata keçirilən alğı-satqı əməliyyatları gələcəkdə ləğv ediləcək”.

Tarix
2020.12.22 / 08:00
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla