Yuxarı

Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir – Şok rəqəm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mina probleminin miqyasının müəyyən olunması və həmin məsələnin beynəlxalq arenada qaldırılması məqsədi ilə beynəlxalq təşkilatlardan bəzisini ölkəmizə dəvət etmişik. Bununla əlaqədar may ayında nüfuzlu təşkilatın Azərbaycana səfəri gözlənilir.

Axar.az xəbər verir ki, bunu ARB-24-ün “İş vaxtı” verilişinə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, Minalar Əleyhinə Konvensiyanın illik konfranslar üzrə prezidentinin Azərbaycana gəlməsi ilə bağlı danışıqlar aparılır:

“Bundan başqa, bu sahədə tanınmış şəxslərin, dünyaca məşhur kinoaktyorların Azərbaycana gəlməsinə çalışırıq. Hesab edirəm ki, dəvət olunun dövlət nümayəndələrinin və beynəlxalq təşkilatların hazırladıqları hesabatlar sayəsində biz o xəritələri ala biləcəyik”.

H.Səfixanov qeyd edib ki, Rusiyanın vasitəsi ilə Ermənistana müəyyən təzyiqlər göstərilərək minalanmış ərazilərin xəritəsini almaq mümkün olar:

“Rusiya üçtərəfli bəyanatın bir tərəfidir. Ərazidə xidmət edən rus sülhməramlıların özü də minalanmış ərazilərdən əziyyət çəkirlər. Bu səbəbdən Rusiya sülhməramlıları və beynəlxalq təşkilatların özü bu işdə maraqlı olmalıdır. Xəritə Azərbaycana təhvil verilməlidir ki, ərazilərimiz minalardan sürətlə təmizlənsin. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara qədər vəsait tələb edir”.

Tarix
2021.04.29 / 10:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü

İlham Əliyev Şen Yueyueni qəbul etdi

Prezident: Bu qurumlar ləğv edilməlidir!

İlham Əliyevdən sülh açıqlaması

Prezident ATƏT sədrini qəbul etdi - Foto

Əhməd müəmması: anlaqsızdırsa, maşını necə sürüb?

Babayandan Naxçıvanla bağlı gözlənilməz çağırış

Azərbaycan XİN İsraili təbrik etdi

Aprel döyüşündə ABŞ-dan, Rusiyadan zəng etdilər ki… - Video

Şoyqunu bu səhvlər bitirdi – Mixaylovdan sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla