Yuxarı

Xudayarı təhqir edəni döyənlərin kimliyi müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadəni döyən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Axar.az-a bildirib ki, həmin video-görüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb və cinayət işi başlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Tarix
2021.04.30 / 09:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video

Ermənilər bizə görə İlhan Aşkını cəzalandırır: Onu tək qoymayın!

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

Paşinyandan sülh açıqlaması: Vaxtı çatdı

Uraloğlu: Zəngəzur dəhlizi bizim üçün çox önəmlidir

Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Keşiş Baqrat “Nikolu devirmək” əmrini kimdən alıb?

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

Borq İrəvanda “olmaz” dedi, Bakıda Əliyevi dəstəklədi

Qafarova və Simonyan bu tarixdə görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla