Yuxarı

Nazirlik azərbaycanlılara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə səyahətə gedən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur.

Nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Eyni zamanda əhaliyə tövsiyyə olunub ki, turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdikləri halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət etsinlər.

Tarix
2015.07.29 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla