Axar.az
Yuxarı

2022 üçün astroloji proqnoz – Bürcləri nələr gözləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə ulduzlar çoxlu sürpriz gətirəcək, maraqlı hadisələrlə dolu il vəd edirlər.

Kult.az yeni il üçün astroloji prqonozu təqdim edir.

2022-ci ildə Qoç bürcü böyük dəyişikliklərlə üzləşəcək. Bu bürc üçün karyera yüksəlişi gözlənilir. Yalnız qoçların özəl həyatında ciddi irəliləyişlər olacaq. Bu il köməyə ehtiyacı olan insanlara çox diqqət yetirməlisiniz. Qeyri-ciddi hobbilərdən, qumar oyunlarından və romantik münasibətlərdən çəkinin.

Buğa bürcü kifayət qədər dinamik həyatla qarşılaşacaq. Köçmə və səyahət ehtimalı yüksəkdir. Bu və digər hallar sabit ev həyatına alışmış Buğa bürcünün ailə həyatına mənfi təsir göstərə bilər. Eyni zamanda, yaxşı maliyyə gəliri əldə etmək imkanı var. Ulduzlar işgüzar uğur vəd edir.

Əkizlər bürcü yeni ili köhnə ildən qalan borclarla qarşılaya bilər. Ondan qurtulmaq mümkündürmü? Bəli, qara Ayın qüvvədə olduğu 14 aprel tarixinə qədər belə bir şansınız olacaq. Köhnə əlaqələri kəsməyə və azadlıq tapmağa imkanınız olacaq. Ancaq problemlərinizi sizin yerinizə həll etmək üçün ulduzlara etibar etməyin. Qarşıda öz üzərinizə ciddi işlər düşür. İlk növbədə maariflənməlisiniz. Əgər həyatınız üçün düzgün nəticələr çıxara bilsəniz, bu il demək olar ki, istənilən sahədə uğurlu olacaqsınız. Keçmişin yolunuzu kəsməsinə imkan verməyin.

Xərçəng bürcünün ili çox parlaq və hadisələrlə zəngin keçəcək. Siz dağları yerindən tərpətmək potensialını hiss edəcəksiniz. Təbii ki, bu sizin rahatlığınıza təsir edəcək. Yeni ildə narahatlıq emosional xərçənglər üçün ən yaxşı müttəfiq deyil. Bəzən özünüzü tamamilə biznesə həsr etməlisiniz.

Bu il Şir bürcü özünə çox tənqidi baxmalıdır. Təkəbbürün ilk təzahürlərində həyat Şir bürcünü göydən yerə endirməyin bir yolunu tapacaq. Vicdanlı iş və düşünülmüş yanaşma onlara müxtəlif sahələrdə uğur qazanmağa imkan verəcək. Sizin tarazlığınızı poza biləcək hər şeyə qarşı müqavimət göstərməyə çalışın.

Qız bürcünü çox parlaq, müsbət hadisələrlə dolu, bir çox cəhətdən uğurlu il gözləyir. Uğur və şans sizin tərəfinizdədir. Buna görə də qarşınıza iddialı məqsədlər qoyun və onlara nail olun. Bir sıra vacib arzularınız gerçəkləşəcək, lakin bunun üçün bir az səy göstərməlisiniz. Yaya qədər mükəmməl karyera perspektivləri olacaq. Siz yüksəliş əldə edə və ya həyatınızı əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirəcək yeni iş təklifi ala bilərsiniz.

Yeni il Əqrəb bürcü üçün fürsət ilidir. Həyatınızdan pis niyyətli, xoşagəlməz insanları çıxarmaq üçün yeni yollar tapın. Aprelin 29-dan oktyabrın 8-dək indiyə qədər narahatlığa səbəb olan bir çox xoşagəlməz məqamları düzəltməyə imkanınız olacaq.

Oxatan bürcü təkcə güc deyil, bütün enerji axını hiss edəcək. Pələng ili yaradıcılıqla məşğul olanlar üçün məhsuldar olacaq. Bir yerdə oturmayın, fərqli fəaliyyətlərlə məşğul olun. Bu, üfüqlərinizi genişləndirməyə və özünüzü, imkanlarınızı daha yaxşı başa düşməyə imkan verəcək. Tam güclə hərəkət etmək və maneələrdən qorxmamaq vacibdir, çünki siz hələ də onları uğurla dəf edəcəksiniz.

Oğlaq bürcü böyük müvəffəqiyyətlə planlarını məntiqi yekunlarına çatdıra bilərlər. Əgər yarımçıq işiniz, borclarınız və ya hər hansı bir başlamış layihəniz varsa, bütün bunları geridə qoymaq üçün indi onları yekunlaşdırmağa dəyər. Eyni zamanda, vacib işlərə başlamaq tövsiyə edilmir. Emosional qərarlar verməyin, impulsla hərəkət etməyin. Oğlaqlar maksimum təmkin və ehtiyatlı olmalıdırlar. Davam etməzdən əvvəl həyatınızı qaydasına salın.

Pələng ili Dolça bürcünə müəyyən ideyaları həyata keçirilməsi üçün çoxlu yollar təklif edəcək. Ancaq bu zahiri bolluğun sizi çaşdırmasına imkan verməyin. Səma cisimləri Dolça bürcünə əsas vəzifələrdən ən prioritetini seçməyi və bütün mövcud resursları onun həyata keçirilməsinə sərf etməyi tövsiyə edir.

2022-ci il bütövlüklə Balıq bürcü üçün ən əlverişli ildir. Bu, balıqların himayədarı - Neptun planetinin əlverişli yerləşməsi ilə əlaqədardır. Həyatınız əksər sahələrdə yaxşılaşacaq. Ümumiyyətlə, balıqlar Pələng ilinin ən şanslı bürcüdür. Ən iddialı planlar qurmaq və ən arzularınızı həyata keçirmək üçün əla fürsətdir.

Tarix
2022.01.02 / 10:00
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

İran və Azərbaycan birgə layihələr icra edir - Nazir

"12-ci İmam Mehdi"nin işi məhkəməyə göndərildi

Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir

Baş nazir və PA rəhbəri Qarabağda - Foto

Bu müavinətlərə ayrılan vəsait artırıldı

İcbari sığorta ilə bağlı məlumatlar siyahısı genişləndirilir

Texniki baxış qaydalarına dəyişiklik edilir

Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başladı

İranın energetika naziri Azərbaycana gəlir

Qanunsuz satılan dərmanlar müsadirə edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla