Yuxarı

Volqoqradda vəziyyət kəskinləşir: etnik partlayış – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Volqoqradda miqrantlara qarşı münasibət çox kəskinləşib".

Bu sözləri "Axar.az"a adının açıqlanmasını istəməyən Volqoqraddakı soydaşımız deyib.

O, Volqoqrad hadisələrindən sonra hücumların artdığını bildirib: "Onsuz da Volqoqradda terror aktından öncə də vəziyyət pis idi. Əvvəlki şəraitdən əsər-əlamət qalmayıb. İndi elə bil biz başqa planetdənik".

Soydaşımız həmçinin terror aktından sonra küçələrə nəzarətin artdığını da bildirib. O, artıq dəqiqəbaşı yoxlanıldıqlarını, onlardan sənəd tələb edildiyini deyib: "Küçəyə gəzməyə çıxmaq mümkün deyil. Axşam OMON, ya polis bir nəfər qeyri-rus görən kimi başlayır sorğu-suala. Bunu baş düşürəm, amma hər dəqiqəbaşı tanıdıqları insanlara qarşı qəribə münasibət göstərməyin mənası nədir axı?"

Soydaşımız həmçinin nasistlərin şəhərdə artdığını da söyləyib. Onun sözlərinə görə, onlara burada sərbəst şərait yaradıblar: "Nasistlərə burada sərbəstlik verilib. Yolda kimi gördülər ya söz atır, ya da hücum edirlər. Ancaq gəl gör, onlara kimsə söz deyə bilərmi? Dünən isə mənim bir özbək dostumu döydülər. Polis isə gəlib düz yanımızdan keçdi. Düzdür, aralarında insaflıları da var, lakin fırıldaqları daha çoxdur. Demək olar ki, hər gün heç birimizin burada qalmayacağımızı, hamımızı öldürüləcəklərini deyirlər".

Tarix
2014.01.11 / 13:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla