Yuxarı

İH-in “sökdü”yü qanunsuz tikili gecəylə bərpa edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İH-in “sökdü”yü qanunsuz tikili gecəylə bərpa edildi - Foto

Xəbər verdiyimiz kimi, Yeni Saray yaşayış massivi Ziya Bünyadov küçəsində ümumi istifadədə olan ana yolda qanunsuz tikinti aparılırdı.

Axar.az xəbər verir ki, bu haqda məlumat yayıldıqdan sonra fevralın 8-də Saray bələdiyyəsi tikilinin sökülməsinə başlandığını bildirmiş və faktı təsdiqləyən foto yaymışdı.

Bələdiyyə sədri Məhi Həsənov saytımıza bildirmişdi ki, sözügedən tikili sökülür, qanunsuzluq aradan qaldırılır.

Lakin üzərindən 3 gün keçməmiş Ziya Bünyadov küçəsidə sökülən qanunsuz tikili yenidən bərpa olunub.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin yerli nümayəndəliyindən saytımıza bildirilib ki, qanunən vətəndaşa xəbərdarlıq edilib. Söküntü işləri nümayəndəliyin səlahiyyətlərinə aid deyil:

“Bunun üçün texnika və işçi qüvvəmiz yoxdur. Bu məsələyə FHN baxır. Öhdəmizə düşən işə nəzarət edəcəyik”.

FHN-dən saytımıza verilən açıqlamada isə qeyd olunub ki, məsələnin araşdırılması üçün müvafiq quruma müraciət edilib. Nəticəsi barədə məlumat veriləcək.

Tarix
2022.02.15 / 12:35
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla