Yuxarı

Bakıda beynəlxalq seminar başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gənclərin məşğulluğuna dair beynəlxalq seminar keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, seminar Beynəlxalq Əmək Təşkilatı ilə birgə keçiriləcək. "Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi" mövzusunda keçiriləcək beynəlxalq seminar sentyabrın 9-11-də Bakıda baş tutacaq.

Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edəcək. Seminarın gündəliyinə "MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq" layihəsinin təqdimatı və qiymətləndirilməsi, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramların nəzərdən keçirilməsi daxildir.

Həmçinin ayrı-ayrı MDB ölkələrində (Rusiya, Qazaxıstan) əmək bazarında cari problemlər və inkişaf strategiyaları seminarın müzakirə mövzularından olacaq.

Xatırladaq ki, Azərbaycanın da daxil edildiyi "MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq" layihəsi əsasında ötən il ölkədə "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsi icra olunub.

Tarix
2015.09.03 / 22:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla