Yuxarı

Yerli su da “qlobal böhrana görə” bahalaşır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yerli su da “qlobal böhrana görə” bahalaşır?

Bahalaşma günün reallığına çevrilib: az qala hər gün qiymətlərin qalxdığını görürük. Bir qayda olaraq qiymət artımı qlobal iqtisadiyyatda baş verən proseslərlə izah olunur. Amma maraqlıdır ki, yerli məhsullar da bahalaşır. Hətta Bakı ətrafında qablaşdırılan içməli suyun da qiyməti qalxırsa, bunun qlobal iqtisadiyyata nə aidiyyəti var?

Bu haqda Axar.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, yerli məhsulların bahalaşmasının səbəbi onların istehsalında istifadə olunan xammalın xaricdən gətirilməsidir:

“Yerli məhsulların qablaşdırılması və bəzi kompanentləri xaricdən alınır. Buna görə də qiymət artımı onlara da təsir göstərir. Hətta avadanlıqlar, onların detalları xaricdən gətirilir və əlbəttə ki, avadanlıq bahalaşarkən, məhsulun maya dəyərinə də təsir edir”.

İqtisadçı bildirib ki, Azərbaycanda tam tsikl yerli istehsal demək olar ki, yox dərəcəsindədir:

“Qiymət artımına logistika, enerji daşıyıcılarının bahalaşması və s. təsir edir”.

Tarix
2022.05.25 / 08:45
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla