Yuxarı

Azərbaycanda ərzaq qıtlığı təhlükəsi var? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi var? – Rəsmi

Azərbaycan hələ ki ərzaq qıtlığı ilə üz-üzə deyil.

Axar.az xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

O qeyd edib ki, qida təhlükəsizliyi riski yaradan heyvan kəsimi mədəniyyət formalaşdırılmalıdır:

"Prosesə heyvan kəsimi ilə məşğul olan sahibkarlıq subyektləri də dəstək olmalıdır. Əhali də nöqsanlara qarşı mübarizə üsulu seçməlidirlər. Nəzərə almaq lazımdır ki, dünyada ərzaq qıtlığı təhlükəsi var. Buna iqlim dəyişiklikləri də öz təsirini göstərir. Bunun təzahürləri 150 il ərzində özünü büruzə verəcək. Misal olaraq, 10 il bundan əvvəl dünyada 1 milyard 300 milyon insan aclıqdan əziyyət çəkirdisə, son illərdə bu rəqəm xeyli azalıb. Belə ki, hazırda 850-900 milyon ətrafında insan aclıqdan əziyyət çəkir. Lakin Azərbaycan ərzaq qıtlığı ilə hələlik üz-üzə deyil".

Şöbə müdiri həmçinin bildirib ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir:

“Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstlikyayma baxımından əlverişli vasitədir".

Tarix
2022.06.29 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla