Yuxarı

Rusiya vətəndaşının iddiasına DİN-dən cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya vətəndaşının iddiasına DİN-dən cavab

Həmin sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən sürücünün spirtli içki istifadə etdiyinə dair şübhələr yarandığı üçün onun müvafiq qaydada əvvəlcə alkotesterlə, daha sonra isə Narkoloji Xəstəxanada müayinədən keçirilməsi təmin edilib.

Bu sözləri Axar.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Rusiya vətəndaşı Əliabas Ağayevin qanunsuz cərimə olunması ilə bağlı iddialarına cavab verərkən deyib.

O bildirib ki, həkim müayinəsi əsasında sürücü Əliabas Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və o, 400 manat məbləğində cərimə olunub:

“Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu zaman hər hansı qanunsuz hərəkətə yol verilməyib və iddiaların heç bir əsası yoxdur", - məlumatda deyilir.

Qeyd edək ki, şikayətçi Ə.Ağayev spirtli içki qəbul etmədiyi halda polis tərəfindən 400 AZN məbləğində cərimə olunduğunu iddia edir.

Tarix
2022.07.16 / 08:15
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla