Yuxarı

Azərbaycanda şok: sürücü həm “ayıqdı”, həm də “sərxoş”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda şok: sürücü həm “ayıqdı”, həm də “sərxoş”

10 iyul tarixində spirtli içki qəbul etmədiyim halda Lənkəran Şəhər Yol Patrul Xidməti inspektoru Mahir Şakir oğlu Məmmədli tərəfindən saxlanıldım.

Bunu Axar.az-a şikayətində Rusiya vətəndaşı Əliabas Ağayev deyib.

O bildirib ki, onu təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlayaraq 329.1 (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) maddəsinə uyğun 40 manat cərimə ediblər.

Şikayətçi polisin tələbi ilə saat 12:40 radələrində dispanserdə yoxlandığını bildirib:

“Yuxusuz olduğum üçün gözlərim qızarmışdı. Məndən içkili olduğumu soruşduqda, 1 gün əvvəl spirtsiz pivə içdiyimi bildirdim. Dərhal məni dispanserə apardılar. Lakin əvvəl özləri daxil olub həkimlə nə danışdılarsa, sonra məni dəvət etdilər. Mən də əmin idim ki, içki içmədiyim üçün cihaz alkoqol göstərməyəcək. Amma yanılmışam. İçki içmədiyim halda sərxoş olduğum bildirildi.

Daha sonra məni şöbəyə gətirərək 333.1 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə təqsirləndirərək 400 manat cərimə yazdılar.

Oradan çıxdıqdan dərhal sonra yenidən narkoloji dispanserə qayıtdım. İçkili olmadığımı bildirərək təkrar yoxlamalarını tələb etdim. Həkim əvvəl razılaşmasa da, nəhayət razı oldu. Yoxlamadan sonra bu dəfə də həkim içkili olmadığım haqda arayış təqdim etdi”, - A.Əliabas deyib.

Şikayətçinin iddiasına görə, dispanserdə polisin təlimatı ilə onu fərqli cihazla yoxlayıblar.

Tarix
2022.07.15 / 16:10
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla