Yuxarı

Smartfonlar sevgililəri ayırırmış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər smartfonların sevgi münasibətlərinə mənfi təsir göstərə bilməsini müəyyənləşdiriblər.

Axar.az xəbər verir ki, bunula bağlı Texas alimləri araşdırma aparıblar. Beylor Universiteti əməkdaşlarının sözlərinə görə, buna səbəb insanlarda ehtiyac olmadan telefona yersiz baxmaq və ona diqqət yetirmək vərdişinin yaranmasıdır.

Məlum olub ki, bu vərdiş iki sevgili arasında xoşbəxtlik yolunda ciddi maneə ola bilər.

Bu pis vərdiş çoxsaylı insanlar üçün xarakterikdir. Telefona daima diqqət yetirilməsi, qarşı tərəfin yanında oyunlara aludəçilik hörmətsizlik kimi qəbul edilməyə başlayıb. Bu da sevgililər arasında münaqişələrə səbəb olur.

453 könüllünün iştirak etdiyi sorğunun nəticələrinə görə, telefona sahib insanların 46,3 faizinin diqqəti daima yayınıb, qurğunu əlində saxlayıb və ya ekrana baxıb.

Sorğuda iştirak edən könüllülərin sözlərinə görə, real həyatda sevgililəri onlara telefona görə dəfələrlə iradlar tutub. İştirakçıların ümumi sayının 36 faizi qurğulara görə düşən mübahisələrin depressiyaya səbəb olmasını bildirib.

Tarix
2015.10.06 / 02:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla