Yuxarı

Restoranlarda əlavə alınan “xidmət haqqı” hara gedir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Restoranlarda əlavə alınan “xidmət haqqı” hara gedir?

Bir çox ölkədə restoranlarda xidmət haqqı tətbiq olunur. Azərbaycanda isə bu, çox geniş yayılmayıb. Bəzi restoranlar hesaba salırlar, bəziləri yox.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli restoranlarda hesabın üzərinə 10 və ya 20 faiz əlavə olunması haqda danışarkən deyib.

O bildirib ki, nə qədər “çay pulu” saxlamaq, adətən, müştərinin özündən asılı olur:

“Azərbaycanda bunu tənzimləyəcək hansısa bir qanun yoxdur, yaxud hansısa bir qanunlara istinad edib bu məsələni tənzimləmək mümkün deyil. O vəsaitin işçilərə çatıb-çatmaması da hansısa bir formada tənzimlənmir. Amma bəzi ölkələrdə buna işçilərin özlərinin nəzarət etmək imkanı olur. Yəni onların həmkarlar komitəsi və s. qurumlar olur ki, onlar bu proseslərə nəzarət edirlər. Azərbaycanda isə belə bir mexanizm yoxdur deyə, sırf bu məsələylə bağlı xaotik bir vəziyyət yaranıb. Eləcə də o xidmət haqqının rəsmi yığıldığı restoranlarda onun sonrakı taleyi haqqında hansısa bir məlumat yoxdur. Ona görə də bu məsələdə bir nizam yaratmağa ehtiyac var”, - iqtisadçı deyib.

Tarix
2022.08.30 / 08:30
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla