Yuxarı

Prokurorluq bəbiri öldürən şəxsi həbs etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qırmızı kitab"a daxil edilmiş heyvanı öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, oktyabrın 8-də saat 22 radələrində Astara rayonunun Sım kənd sakini, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında atasına məxsus ov tüfəngindən atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı kitab"ına daxil edilmiş bəbiri öldürüb.

Bundan sonra o, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyib. Bu zaman onlar Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

N.Böyükağazadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam etdirilir.

Tarix
2015.10.12 / 12:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla