Yuxarı

Həsən Əliyev küçəsində yeni yol hissəsi salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində yeni yol hissəsi salınıb.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitlərinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması üçün atılan addımların tərkib hissələrindən biridir.

Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtük döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb.

Bundan öncə nəqliyyat vasitələri geri dönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.

Tarix
2015.10.12 / 17:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla