Yuxarı

Şəhidimiz dəfn olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:17

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib.

Axar.az xəbər verir ki, mərhumun cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Zöhrab Məmməd oğlu Hümbətov şəhid olub. Onun 3 övladı yadigar qalıb.

***

Şəhidimiz Tovuz rayon Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Tarix
2022.12.15 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyandan sülh açıqlaması: Vaxtı çatdı

Uraloğlu: Zəngəzur dəhlizi bizim üçün çox önəmlidir

Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Keşiş Baqrat “Nikolu devirmək” əmrini kimdən alıb?

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

Borq İrəvanda “olmaz” dedi, Bakıda Əliyevi dəstəklədi

Qafarova və Simonyan bu tarixdə görüşəcək

Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

ATƏT sədri açıqladı: Bakının yaratdığı yeni reallıq...

İlham Əliyev Şen Yueyueni qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla