Yuxarı

İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:00

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilib.

Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.

Bununla bağlı, həmçinin “Polis haqqında”, “Ümumi təhsil haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.3-cü yarımbənddə “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilsin.

2. 2.7.12-ci yarımbəndə “insan alverinin” sözlərindən sonra “, həmçinin cinsi istismarın və ya cinsi zorakılığın” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla nazirliyin vəzifələrində dəyişiklik aparılıb. Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

Nazirlik, həmçinin tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Bu vaxta qədər nazirlik bu işləri ancaq olimpiya idman kompleksləri üzrə həyata keçirirdi.

Tarix
2024.01.19 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Problem var: 4 obyekt Azərbaycana keçir - Video

Prezidentlər Şuşaya getdilər - Foto

Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov

Fransa üzr istəməyəcəyi təqdirdə... - Hacızadə

Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: Kirantsda görüş başladı

Belarusdan nə alırıq və bu ölkəyə nə satırıq?

Qafarova ilə Simonyan görüşdü

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla