Yuxarı

Bağlanan yolların açılacağı vaxt bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS-ə açıqlamasında bildirdi ki, İstiqlaliyyət küçəsində asfalt örtüyünün yenilənməsi işlərinə start verilib.

"Bu səbəbdən Niyazi küçəsindən İstiqlaliyyət küçəsinə hərəkət qismən məhdudlaşdırılıb. Amma Şeyx Şamil küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində hərəkət edən sürücülər üçün məhdudiyyət qoyulmayıb", - deyə Vaqif Əsədov bildirdi.

Vaqif Əsədov qeyd etdi ki, sürücülər alternativ yol kimi Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsindən keçməklə həmin istiqamətlərlə hərəkət edə bilərlər.

"Bu alternativ yollar vasitəsi ilə İstiqlaliyyət küçəsi, 5 mərtəbə və həmin ərazilərə yaxın küçə və prospektlərə maneəsiz hərəkət etmək olar", - deyə bölmə rəisi qeyd etdi.

Həmçinin Bakının Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.

İş icraçılarının verdiyi məlumata görə, təmir işləri sabah axşama qədər yekunlaşdırılacaq.

Təmir işləri iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı aparılır. İşlər paytaxtın əsasən yarış trekinin üzərinə düşən mərkəzi küçələrində həyata keçirilir.

Tarix
2016.02.13 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla