Yuxarı

Gömrük postunda sıxlığın səbəbi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-də bir sıra kütləvi informasiya vasitələri Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumat yayıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar sərhəddə yerləşən Novo-Filə-Şirvanovka gömrük-keçid məntəqəsində yubanma halı qeydə alınıb.

Adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar Yaraq-Qazmalar-Samur gömrük-keçid məntəqəsinə yönləndirilib. Nəticədə Yaraq-Qazmalar gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda sıxlığın yaranmasına səbəb oluib.

Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb. Hazırda Samur gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir.

Tarix
2016.02.19 / 12:06
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla