Yuxarı

Xəyanətin ağılasığmaz cavabı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəyanətin ağılasığmaz cavabı – Video

Dedi ki, səndən pullu, yaraşıqlı birinə gedəcəm.

Axar.az xəbər verir ki, bunu quldurluğa görə həbs edilən Şəki sakini Seymur Əsgərova arvadı Həqiqət Əsgərova deyib.

S.Əsgərov fevralın 18-də polisə zəng edərək rayonun Qarabulaq kəndindəki yarımtikilidə iki naməlum şəxs tərəfindən əl-ayağının bağlandığını bildirib. Bildirib ki, həmin şəxslər onun 143 manatını və mobil telefonunu götürüblər.

Seymur əl-qolu bağlı vəziyyətdə tapılıb. O, bu cinayətdə arvadından və onunla qeyri-rəsmi nikahda yaşayan Əvəz Həsənovdan şübhələndiyini söyləyib. Elə fevralın 18-də hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb.

Sonra məlum olub ki, Seymur onu tərk edən arvadından qisas almaq, xəyanət etdiyi üçün Həqiqətin cinayətkar olduğunu sübut etmək məqsədi ilə bu işi səhnələşdirib.

Ona əl-qolunu bağlamaqda dostu, Bakı sakini Səbuhi Zalov kömək edib. Bu əməliyyatın ifşasından sonra Seymur barəsində quldurluq maddəsilə cinayət işinə başlanıb.

S.Əsgərov "Region TV"yə deyib ki, pulu olmadığı üçün yoldaşı üzünə qayıdıb:

"Dedi, səndən yaraşıqlı, pullu, şəxsiyyətli bir oğlana gedəcəm. Baxdım ki, kasıbçılıq məni beləmi sındırır? Gedəndən 3 gün sonra profilə bir şəkil qoydu, o şəkil də mənə çox ağır gəldi".

Araşdırmalar zamanı müəyyən edilib ki, arvadı Seymura müxtəlif şəxslərlə xəyanət edib. S.Zalov isə əməlindən peşmanlığını və dostu Seymurun planından xəbərsiz olduğunu bildirib.

Tarix
2016.02.23 / 16:27
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla