Yuxarı

Xətaidə 3000-dən çox ağac əkildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak ediblər.

Aksiya çərçivəsində rayonun "Gənclik" parkında, 8 Noyabr prospektində, R.Məmmədov, N.Rəfiyev küçələrində ümumilikdə 3000-dən çox ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.

Tarix
2024.04.20 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla