Yuxarı

"Rabitəbank"dan Ağdam kənd məktəbinə dəstək...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rabitəbank” elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə ki, bank Ağdam rayon Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları və kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.

Qeyd edək ki, Rabitəbank məktəbliləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib, məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib. Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqla şagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Tarix
2024.04.23 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla