Yuxarı

İtkin düşən 6 hərbçiyə şəhid statusu verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi.

Axar.az xəbər verir ki, bunu Apa-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Vətən müharibəsində itkin düşmüş altı hərbçinin tapılması üçün hansı işlər görülür?” sualına cavab olaraq deyib.

O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb ediliblər. Lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar:

“Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən altı nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş iki əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

Tarix
2024.04.29 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

Lukaşenko Azərbaycana gəldi

Bizim Azərbaycanla sülh yox, müharibə təcrübəmiz var

Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?

Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Səbinə Əliyeva Kazan forumunda iştirak etdi

Azərbaycana bu sahədə dəstək davam etdiriləcək - AB

Paşinyandan sülh açıqlaması: Kosmosa uçuşlar da...

Hərbi kolleclərdə təhsil almaq istəyənlərin diqqətinə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla