Yuxarı

Şad xəbər: Bakı-Zaqatala yolu qısaldıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pezidenti İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, ilkin olaraq ayrılan 3 milyon manat vəsait hesabına Azəryolservis Açıq Səhmdar Cəmiyyəti Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işlərinə başlayıb.

ASC-dən Axar.az-a verilən məlumata görə, hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasınin tikintisi işləri aparılır.

3-cü texniki dərəcəyə aid olan yolun ümumi uzunluğu 29,8 km, torpaq yatağının eni 12,0 m, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m, çiyinlərin eni 2,5 m, çiyində bərkidici zolağın eni 0,5 m-dir. Asfalt-beton örtüklü yolda hesabi sürət 80 km/saat nəzərdə tutulub.

Layihə çərçivəsində 8 000 m3 bitki-torpaq qatının qazılıması, 550 000 m2 torpaq qazma işlərinin həyata keçirilməsi, 731 000 m3 karxana materiallarının daşınması və sərilərək kipləşdirilməsi işləri, 20 sm qalınlığında 320 000 m2 asfalt-beton qatının tikilməsi işləri aparılacaq.

Bundan başqa 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub.

Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.

Tarix
2016.03.05 / 10:07
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla