Yuxarı

Yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Belə ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” metrostansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metrostansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.

Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

Tarix
2024.05.02 / 18:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şuşa ilə bağlı bu görüntülər ilk dəfə yayıldı - Video

Kiranslılar qubernatorla görüşdən sonra yolu açdılar

MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

Əliyev Tokayevə zəng etdi

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla