Yuxarı

Keçmiş nazir: Aylıq 15 min manat paket alırdım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsi (DGK) tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin sabiq rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə Rafael Əliyev ifadə verib.

O bildirib ki, bu, məlum bir proses idi və sərhəddə alınan rüşvət Komitəyə verilirdi:

“Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İstər TIR, istərsə də GRP proqramlarına Komitədən kiminsə girişinə icazə yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib Komitə sədri olan Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik. Pullar gömrük məntəqələrindən manat və dollar kimi alınırdı, sonra dollara çevirilib Komitə sədrinə verilirdi".

Rafael Əliyev maliyyə naziri işlədiyi dövrdə 2017-ci ildə qanunsuz olaraq işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqı məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri təyin edilərkən həmin işçilərin adları artıq dövlət qulluğu reyestrində olub:

"Aylıq 15 min manat paket alırdım. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib və qalan hissənin də ödənilməsi davam edir. O, dəyən ziyanın tam ödənilməsinin təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmədə iştirak edən şahidlər bildiriblər ki, onlara bu göstərişləri o zaman Komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində orta hesabla 800 min - 1 milyon manat, Culfa gömrük məntəqəsində 3 il ərzində təqribən 12,5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Eyni zamanda, ay ərzində hər bir gömrük məntəqəsində 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Tarix
2024.05.02 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafarova ilə Simonyan görüşdü

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?

Putin Türkiyəni yox, Çini seçdi - Səbəb

İrandakı səfirliyimizin yeri dəyişdirildi

Hikmət Hacıyev ABŞ-da səfərdədir - Foto

Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan

Paşinyan delimitasiya prosesinin təfərrüatını açıqladı

Tatoyan təsdiqlədi: Ermənistana “keçən” 25 hektar ərazi…

XİN rəsmisi BƏƏ səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla