Yuxarı

Övladı gözü önündə bıçaqlanan veteran - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, “Bağçalı” yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir və o, hadisəni qarşı tərəfin övladının gözü qarşısında edib.

Yaralı Respublika Kliniki Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənin qaynı Ceyhun Nəsirli bildirib ki, Orxan Hüseynli ilə onun yeznəsi arasında əvvəllər heç bir münaqişə olmayıb. Hadisə baş verən vaxt isə bacısı övladı ilə həyətdə olub:

“Orxan Hüseynli yeznəmi söhbət etmək adı ilə çölə çağırdı. Övladı da həyətdə velosiped sürürdü, uşağın gözü qarşısında ona çoxsaylı bıçaq xəsarətləri yetirdi”.

Hadisəni törətdikdən sonra ərazidən qaçmağa çalışan Orxan Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə nəticəsində yaralanan Orxan İmanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Ətraflı Baku TV-nin süjetində:

Tarix
2024.05.02 / 23:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

Şuşa ilə bağlı bu görüntülər ilk dəfə yayıldı - Video

Kiranslılar qubernatorla görüşdən sonra yolu açdılar

MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

Əliyev Tokayevə zəng etdi

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla