Yuxarı

Nazirliklər niyə fantastik qiymətə mülklər icarəyə götürür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi dövlət qurumlarının yüksək ödəniş müqabilində ofislər kirayələməsi vaxtaşırı müzakirə edilir. Dövlətin milyonlarla pulu o istiqamətdə (ofis icarəsi) xərclənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha çox kirayə ofislər götürdüyü bildirilir ki, bu da dövlətə xeyli xərcə başa gəlir. Bəzi qurumlar, məsələn, Hökumət Evində mənzillənib. Bu da icarə haqlarında ciddi fərqlərə gətirib çıxarır.

Ekspertlər iddia edir ki, nazirliklərə və başqa dövlət qurumlarına yeni ofis tikmək daha sərfəlidir.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, dövlət qurumları tərəfindən özəl mülkiyyətdə olan qeyri-yaşayış sahələrinin və ya yaşayış sahələrinin icarəyə götürülməsi ilə bağlı bu gün demək olar ki, heç bir normativ akt mövcud deyil.

Sabiq nazir deyib ki, bu məsələ ilə bağlı normativ-hüquqi bazanın olmaması səbəbindən dövlət qurumları özəl qeyri-yaşayış sahələrini və ya yaşayış sahələrini icarəyə götürən zaman icarə haqqını fərdi baxışlar əsasında müəyyən edirlər:

“Yəni icarə haqqı barədə qərar iki tərəfin – icarəyə verənlə icarəyə götürən arasında razılaşmanın əsasında qəbul olunur. Dövlət vəsaitindən istifadə sahəsində bu yanaşma yolverilməzdir. Büdcə vəsaitlərindən istifadə mütləq müəyyən normativ-hüquqi aktlar əsasında baş verməlidir. Əgər belə bir hüquqi baza yoxdursa, bunu sadəcə yaratmaq lazımdır. Bu gün bizdə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı icarəhaqqı tarifləri mövcuddursa, o zaman nədən dövlət qurumları tərəfindən fərdi mülkiyyətin icarəyə götürülməsini tənzimləyən analoji normativ akt olmasın?”

F.Yusifov bu sahədə vəziyyəti nizama salmağın qaydasını izah edib:

“Hesab edirəm ki, ilk öncə bu məqsədlə xüsusi dövlət komissiyası yaradılmalı, komissiya dövlət qurumları tərəfindən icarəyə götürülmüş binalar və onlara ödənilən icarə haqları ilə bağlı mövcud durumu hərtərəfli araşdırıb, təhlil etməli və yalnız bundan sonra belə icarə müqavilələrinin nə dərəcədə səmərəli olmasına qiymət verilməlidir. Dövlət komissiyası belə icarə müqavilələrinin ləğv edilməsi və bunun əvəzində dövlətin mülküyyətində olan müvafiq qeyri-yaşayış sahələri ilə icarə müqavilələrinin bağlanmasına dair qərar da qəbul etməsi mümkündür. Ən əsas olan isə budur ki, komissiya bu məsələnin tənzimlənməsini təmin edən normativ-hüquqi sənədlərin layihələrini işləyib hazırlayıb hökumətə təqdim edə bilər”.

Tarix
2024.05.03 / 00:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Tokayevə zəng etdi

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Problem var: 4 obyekt Azərbaycana keçir - Video

Prezidentlər Şuşaya getdilər - Foto

Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov

Fransa üzr istəməyəcəyi təqdirdə... - Hacızadə

Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: Kirantsda görüş başladı

Belarusdan nə alırıq və bu ölkəyə nə satırıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla