Yuxarı

Beynəlxalq səyyahlar Xudafərin körpüsünü ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdən olan beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət ediblər.

Axar.az xəbər verir ki, qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.

Ərazidə əcnəbi səyahətçilərə körpünün tarixi və onun Böyük İpək Yolunda vaxtilə əsas rolu haqqında məlumat verilib.

Qeyd edək ki, Norveç Milli Beynəlxalq Səyahətçilər Klubu “Vagaclub”ın nümayəndə heyəti Yorn Auqestadın rəhbərliyi altında Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

Bu tur beynəlxalq nümayəndə heyətinin erməni işğalından azad edilmiş Azərbaycan ərazisinə onuncu səfəri olub.

Tarix
2024.05.04 / 09:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

İranda yeni səfirlik binası və Bakıya qarşı yeni təhdidlər...

Bakı və İrəvan arasında razılaşmanı alqışlayırıq - AB

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla