Yuxarı

Elşad Mirinin bu sözləri qalmaqal yaratdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı Elşad Miri qəbir əzabının olmadığını iddia edib. Onun bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri ilahiyyatçını buna görə tənqid, hətta təhqir ediblər.

İlahiyyatçının bu açıqlamasından sonra sual yaranır: doğrudan da qəbir əzabı varmı?

Axar.az xəbər verir ki, Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov Globalinfo.az-a açıqlamasında qəbir əzabı haqqında Hz. Peyğəmbərimizdən dəlillər olduğunu bildirib.

Onun sözlərinə görə, Firon əhli qəbir əzabına düçar olacaq:

“Həm hədislərdə, həm də Quranın Mömin surəsinin 46-cı ayəsində bununla bağlı qeyd olunur: “Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılırlar”. Qiyamət qopduğu gün isə mələklərə deyiləcəkdir: “Firon əhlini ən şiddətli əzaba salın!” Yəni qiyamətdən əvvəlki dövrə görə onlara cəhənnəm əzabı verilər. Doğrudan da qəbir əzabı var”.

İlahiyyatçı deyib ki, cənnət və cəhənnəmin məqamlarının müəyyənləşməsi axirətdə insanların hesaba qalxmasından sonra olacaq:

“Qəbir əzabı elə qəbir müddətindədir. İnsanı əvvəl qəbir əzabı gözləyir. Adam var ki, namaz qılır, ibadətlərini vaxtında yerinə yetirir, amma digər tərəfdən də ev əhli ilə kobud rəftar edib, qonşulara, tanışlara qarşı zülmkar olur. Onlar mütləq qəbir əzabına düçar olacaqlar. Hər kəs etdiyi əməllərin hesabını ödəməlidir”.

Din xadiminin dediklərinə görə, bəzi davranışlar qəbir əzabına səbəb ola bilər:

“Peyğmbərimiz (s.ə.s) buyurub ki, qəbir evləri iki şeydən başqa bir şey deyil. Ya cənnətdən bir guşədir, ya cəhənnəmdən bir çuxurdur”.

İlahiyyatçı Əkrəm Həsənli deyib ki, qəbir əzabını inkar edən müsəlman ola bilməz:

“Bunu deyən adam Allahı inkar edərək çərçivədən çıxıb. Qəbir əzabı ilə bağlı Quranda ayə də var. İnsanlar hər dəfə namazlarında qəbir əzabından Allaha sığınır. Hətta Quranda açıq şəkildə fironlara gecə və gündüz əzab olunacağı deyilir. Bundan başqa, Peyğəmbərimizin (s.ə.s) qəbir əzabının olması haqda etibarlı hədisləri var”.

Tarix
2024.05.04 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

İranda yeni səfirlik binası və Bakıya qarşı yeni təhdidlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla