Yuxarı

Diqqət: Uşaqlarınızın fotolarını paylaşmayın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd yaşdan kiçik uşaqların foto və videosunu paylaşmaq qadağan edilməli və bunu edənlər cərimələnməlidir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin uşaq inkişafı və yuxu mütəxəssisi Məlikə Qızıləl bildirib.

O, xüsusən də yay aylarında uşaqların yarıçılpaq fotolarının paylaşılmasının onların bədəninin gizliliyini pozduğunu deyib.

Onun sözlərinə görə, uşağın oxuduğu məktəblə bağlı məlumatların yer aldığı paylaşımlar da onun təhlükəsizliyini təhdid edə bilər:

"Yemək yeyərkən, yatarkən, gülərkən, ağlayarkən uşaqların fotolarını çəkir və paylaşırıq. Bunu uşağın istəyini nəzərə almadan edirik. Xüsusilə yay aylarında uşağın bədənini göstərən fotoşəkilləri paylaşırıq. Bu onun bədəninin məxfiliyini pozur. Valideynlər bilmədən uşaqlarının həyatını təhlükəyə atırlar”.

Ekspert onu da deyib ki, uşaq yaşa dolduqdan sonra həmin fotolara görə valideynini günahlandıra bilər. Ona görə də sosial media platformalarında uşaqların fotolarının paylaşılması ilə bağlı məhdudiyyət qoyulmalıdır. Dörd yaşdan kiçik uşaqların foto və videosu paylaşılmamalıdır.

Tarix
2024.05.06 / 02:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla