Yuxarı

Araq içib, evini yandıran şəxs öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:33

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Axar.az Report-a istinadən xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, ev sahibi - Didivar kənd sakini, 1960-cı il təvvəllüd Nurəddin Tarverdi oğlu Allahverdiyev spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

***

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.

Rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Nurəddin Tarverdi oğlu Allahverdiyev hadisədən 3 saat sonra vəfat edib.

Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.05.09 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan arasında sülhün əldə olunması... - Mierinya

İlham Əliyev Dayqa Mierinanı qəbul etdi

Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar

Azərbaycan Tayvanın müstəqilliyini tanımır

İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - Təcili

Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi

Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi

Qəza yerində şok detal: naməlum adam... - Video

Aviaqəzalarda həlak olan dövlət başçıları - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla