Yuxarı

Hövsan sahilində balıqlar niyə kütləvi şəkildə ölür? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:13

Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, Xidmətin və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.

“Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib”.

Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.

Qeyd edək ki, sosial şəbəkələrdə Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü ilə bağlı görüntülər yayılmışdı.

Tarix
2024.07.08 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla