Yuxarı

Prezidentin başçı təyin etdiyi Məmmədxanov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Axar.az xəbər verir ki, S.Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışıb.

1993-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş şöbə rəisi kimi işləyib.

1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

Tarix
2024.07.08 / 15:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla