Yuxarı

Ermənistanın mina terroru davam edir - Ombudsman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib.

Axar.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevanın Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına etirazında yer alıb.

S.Əliyeva vurğulayıb ki, Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir:

“Belə ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində cari il 24 avqust tarixində sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb.

Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.

Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”.

Tarix
2024.08.25 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bizə iki tərəfdən də zərbə vurur - Mütəhhəri

Kreml və Bakının yeni vəzifəsi… - Rusiyadan baxış

İran Zəngəzur dəhlizini niyə istəmir? – Fyodorov

Təl-Əviv cənazəni Bakıya göndərdi, sonra İstanbula...

Zəngəzur açılacaq, Rusiya üstünə düşüb – Məmmədyarov

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

Əlifbamıza iki hərf əlavə olunur? – Akademik açıqladı

Putinin Türkiyəyə şərti: doğrudanmı təhlükə var? - Ağar

ABŞ İrəvana qrantı ikiqat artırdı: Səbəb Tiflis və Zəngəzurdur

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla