Yuxarı

Laçın Şəhəri Günü təntənə ilə qeyd olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 26-da Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.

Axar.az xəbər verir ki, ötən il olduğu kimi, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycan Respublikasının bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü il sentyabrın 19-20-dəki antiterror tədbirlərinin nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd olunur.

Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunub.

Tarix
2024.08.25 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bizə iki tərəfdən də zərbə vurur - Mütəhhəri

Kreml və Bakının yeni vəzifəsi… - Rusiyadan baxış

İran Zəngəzur dəhlizini niyə istəmir? – Fyodorov

Təl-Əviv cənazəni Bakıya göndərdi, sonra İstanbula...

Zəngəzur açılacaq, Rusiya üstünə düşüb – Məmmədyarov

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

Əlifbamıza iki hərf əlavə olunur? – Akademik açıqladı

Putinin Türkiyəyə şərti: doğrudanmı təhlükə var? - Ağar

ABŞ İrəvana qrantı ikiqat artırdı: Səbəb Tiflis və Zəngəzurdur

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla