Yuxarı

İkinci Günəş tutulması bu tarixdə olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Axar.az-a məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır.

Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma həlqəvari Günəş tutulması adlanır.

Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.

Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

Tarix
2024.09.25 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun yeni aldığı qırıcının üstünlükləri

Bayramov-Blinken-Mirzoyan görüşü olacaq - Rəsmi

Zülfüqarov: Bu bizim əmlakdır, İrəvan geri versin!

Ərdoğanın Paşinyana hədiyyəsi mesajdır - Foto

Zelenski müharibəni necə dayandıracaq? - Plan

Azərbaycanın yeni silahı: ən çox diqqət çəkən… - Ekspert

Ali Baş Komandana JF-17C təyyarələri təqdim olundu - Foto

Bakı İrəvanın “hərbi dişini” çıxartdı - Korotçenko

Pakistan qırıcıları Azərbaycan səmasında - Yeni video

İrəvanın Azərbaycana torpaq kompensasiyası... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla